Hacı Beyləqanski "qanuni oğru" adını bu avtoriteti öldürdükdən sonra alıb - FOTO/VİDEO

Kriminal aləmdə Hacı Beyləqanski kimi tanınan Hacıbaba Talıbxanlı nüfuzlu kriminal avtoritet Aslan Usoyanın (Ded Xasan) ən yaxın köməkçisi olmuş İlqar Əliyevi (Danabaş) öldürməsindən sonra "qanuni oğru" adını alıb.
BAKU.WS xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin Moskva dairəsi üzrə rəisi, ədliyyə polkovniki Aleksey Pişulin bildirib.
Onun sözlərinə görə, "Danabaş" ləqəbli avtoritet İlqar Əliyev 19 aprel 2012-ci ildə Moskvanın mərkəzində, Presnenskiy Val küçəsində öldürülüb:
"Bu hadisədən bir ildən az müddət sonra, 2013-cü ilin yanvar ayında "Ded Xasan"ın özü də killer tərəfindən güllələnib. 2012-ci ilin dekabrında BƏƏ-də keçirilən toplantıda Rövşən Lənkəranski 30 yaşlı Hacıbaba Talıbxanlıya "qanuni oğru" adını verib. Bu toplantıda Lənkəranski açıq şəkildə deyib ki, Hacı ona yaxın adamdır və Danabaşı aradan götürdüyü üçün oğru adına layiqdir".










Oxşar xəbərlər
Azərbaycanlı "qanuni oğru"ların ən səs-küylü qətlləri - VİDEO
Azərbaycanlı "qanuni oğru", kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərovun Rusiyada qətlə yetirilməsindən sonra növbəti dəfə diqqət...