“Hababam sinfi”nin aktyoru 2 il müddətinə həbs oluna bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur “Hababam sinfi” filmində Mehmet obrazı ilə tanınan türkiyəli məşhur aktyor İlyas Salman 2 ilə qədər həbs oluna bilər.
BAKU.WS türk mediasına istinadən xəbər verir ki, bununla bağlı İstanbul Baş Prokurorluğunda məhkəmə iddiası qaldırılıb.
Aktyor ötən il yanvarın 25-də sosial şəbəkə üzərindən etdiyi paylaşımda “türk millətini alçaltma”da ittiham olunur.
İddianamədə aktyora sosial şəbəkədəki paylaşımında türk millətini, Türkiyə dövlətini, Böyük Millət Məclisini və məhkəmə orqanlarını təhqir edən ifadələr işlətdiyi, buna görə altı aydan iki ilə qədər həbs cəzası tələb edilir. Aktyorun mart ayında Anadolu Məhkəməsində mühakimə olunacağı bildirilir.
Oxşar xəbərlər
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Qətli törədən sabiq polis Gözəl Dəmirovun Etimad İsmayılova Belarusda birgə iş görmək adı altında aldığı külli miqdarda borcu qaytarmadığı deyilir; partiya sədr...