Gürcüstanda soydaşlarımızın sıx yaşadığı kəndləri sel basıb
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Laqodexi bölgəsində azərbaycanlıların sıx yaşadığı kəndləri sel basıb, həyətlər və avtomobillər su altında qalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, soydaşlarımızın kompakt yaşadığı Gəncəli, Uzuntala kəndlərində təbii fəlakət yaşanıb.
Qabal və Qaracalar kəndləri də təbii fəlakətlə üz üzədir. Qabal çayının daşması nəticəsində kənd ciddi təhlükə ilə üz-üzə qalıb. Bəzi evləri sel üçurub.
Hadisə zamanı bir sıra həyətləri su basıb, sakinlərə məxsus avtomobillər tamamilə suyun altında qalıb. Güclü sel kəndin infrastrukturuna da ziyan vurub.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...