Gürcüstanda işləyən Azərbaycan vətəndaşı hoteldə qəfil vəfat edib
03
fev
2025
01:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Bolnisi şəhərində yerləşən "Bolnisi" hotelində Azərbaycan vətəndaşı vəfat edib.
BAKU.WS xəbər verir ki, regionpress.ge-nin məlumatına görə, onun səhhəti gecə saatlarında pisləşib.
Səhər saatlarında hadisə yerinə təcili tibbi yardım çağırılıb. Həkimlər bütün zəruri müdaxilələri etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, vəfat edən şəxs Gürcüstanda sənədsiz işləyirmiş. Ölümün dəqiq səbəbləri hələ müəyyən edilməsə də, bədənində zorakılıq izləri aşkar olunmayıb.
Bildirilib ki, mərhumun azyaşlı övladı var.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....