Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirusa görə karantinə alındı
27
fev
2020
10:53
Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze məlumat verib.
Nazir bildirib ki, həmin şəxslərdən 5-i İtaliyadan qayıdıb, onlardan 1-i İtaliya, digərləri Gürcüstan vətəndaşlarıdır.
Digər beş nəfər isə İrandan qayıdıb. Onlardan 1-i Gürcüstan, 4-ü isə Azərbaycan vətəndaşıdır.
Oxşar xəbərlər
Gürcüstan Azərbaycan sərhədi bağlanıb? - RƏSMİ AÇIQLAMA
Gürcüstan Azərbaycana quru yolla gediş-gəlişə müvəqqəti məhdudiyyətlər tətbiq edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən b...