Gürcüstan 19 Azərbaycan vətəndaşını deportasiya edib
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan bu ilin ikinci rübündə 19 Azərbaycan vətəndaşını deportasiya edib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) rüblük hesabatında bildirilib.
Qeyd olunub ki, ölkədən çıxarılan Azərbaycan vətəndaşlarından 10-u yetkinlik yaşına çatmayan, 2-si 18-25 yaş aralığından, 3-ü 26-40 yaş aralığından, 4-ü isə 41-65 yaş aralığındandır.
Ümumilikdə, aprel-iyun ayları ərzində Gürcüstandan deportasiya edilən Azərbaycan vətəndaşlarından 12-si qadın, 7-si isə kişi olub.
Statistikaya əsasən, bu il Gürcüstandan ümumilikdə 32 Azərbaycan vətəndaşı deportasiya edilib.
Cari ilin birinci yarısında Gürcüstandan ən çox deportasiya edilənlər Azərbaycan vətəndaşları olublar.
Oxşar xəbərlər
Bərdədə şok olay: Qadın evində saxladığı kişi ilə qızını zəncirlədi - TƏFƏRRÜAT
Bərdə rayonunda 1985-ci il təvəllüdlü Əkbər qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Nigarla (adlar şərti verilib – red.) azyaşlı uşaqlarına işgəncə v...