Gürcü əsilli məşhur UFC çempionunu həyat yoldaşı məhkəməyə verdi

Gürcü əsilli məşhur UFC çempionunu həyat yoldaşı məhkəməyə verdi
Hadisə 130

28 yaşlı məğlubedilməz UFC yüngül çəki çempionu olan gürcü əsilli İlya Topuriya İspaniya məhkəməsinə çağırılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, döyüşçünün həyat yoldaşı Corina Uzkateqi Badell həyat yoldaşını məişət zorakılığı, bədən xəsarəti yetirmək və ailədəki qəddar davranışda günahlandırır.

Yanvarın 7-də Corcinanın himayəsində olan qızları ilə bağlı vəziyyəti həll etmək üçün məhkəmə iclası keçiriləcək. Badell məhkəmədən qızı ilə birlikdə İspaniyanı tərk etmək üçün icazə istəyir.

Ailəsində yaranan vəziyyətə görə Topuriya UFC-də karyerasını qeyri-müəyyən müddətə dayandırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var

Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var

Gəncədə motosiklet "BakuBus" sərnişin avtobusu ilə toqquşub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Ozan küçəsində baş verib. Belə ki, 2004-c...

16 Hadisə 22:18 09 noyabr 2026

Son xəbərlər