Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu - VİDEO

Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu - VİDEO
Video
Hadisə 3327
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı sona çatıb.BAKU.WS Güləş Federasiyasına istinadla xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulub.İlk mərhələdə Rusiya güləşçisiylə qarşılaşan Murad Haqverdiyev əzmkar qələbəyə sevinib. 1/4 finalda Moldova təmsilçisini çətinlik çəkmədən üstələyən Haqverdiyev adını yarımfinala yazdırıb. Türkiyə güləşçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fəndi icra edən Murad finala vəsiqə qazanıb.Həmyerlimiz iyunun 23-də baş tutan həlledici görüşdə gürcü rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

Məhəmmədəli Əliyev yarışa Polşa idmançısı üzərində inamlı qələbəylə başlayıb. Ancaq 1/8 finalda Rumıniyadan olan rəqibiylə bacarmayıb.Saqadulla Ağayev ilk mərhələdə mübarizəni dayandırıb. Ancaq rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyunun 23-də təsəlliverici görüşlərə çıxıb.Ağayev əvvəlcə yunan həmkarına vaxtından əvvəl qalib gəlib. Daha sonra bolqar rəqibinə eyni aqibəti yaşadan Saqadulla bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Son görüşdə Makedoniya təmsilçisini də rahat üstələyən Ağayev bürünc medalı boynundan asıb.Beləliklə, sərbəst güləş yığmamız qitə birinciliyini 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.45 kqTəsnifat - Murad Haqverdiyev - Anjor Məcidov (RUS) 3:21/4 final - Murad Haqverdiyev - Pavel Kolesnik (MDA) 10:01/2 final - Murad Haqverdiyev - Tolqa Özbək (TUR) 7:6FİNAL - Murad Haqverdiyev - Nikolozi Santeladze (GEO) 6:1251 kqTəsnifat - Kənan Heybətov - Xamzat Arsamerjoyev (FRA) 4:11/8 final - Kənan Heybətov - Ahmet Yucel (TUR) 12:11/4 final - Kənan Heybətov - Danni Lubrano (İTA) 10:01/2 final - Kənan Heybətov - Mikita Abramov (UKR) 2:5Bürünc medal görüşü - Kənan Heybətov - İlya Raxozov (BLR) 10:060 kqTəsnifat - Sabir Cəfərov - Tobias Neuşitzer (AUT) 12:01/8 final - Sabir Cəfərov - Ayup Musayev (BEL) 6:11/4 final - Sabir Cəfərov - Adrian Barnovki (GER) 10:01/2 final - Sabir Cəfərov - Aleksandru Matea (ROU) 8:1FİNAL - Sabir Cəfərov - Genik Asatryan (ARM) 6:171 kqTəsnifat - Məhəmmədəli Əliyev - Kladiuş Şimon Pluçinski (POL) 12:11/8 final - Məhəmmədəli Əliyev - Kristian Biro (ROU) 0:892 kqTəsnifat - Saqadulla Ağayev - Lyova Gevorqyan (ARM)Təsəlliverici görüş - Saqadulla Ağayev - Qkivi Bliatze (GRE) 13:3Təsəlliverici görüş - Saqadulla Ağayev - Yan Vasilyev Karamfilkov (BUL) 12:1Bürünc medal görüşü - Saqadulla Ağayev - Recep Haydari (MKD)

Son xəbərlər