Güclü yanğın Sumqayıtın havasına necə təsir edib? - RƏSMİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərsun Sənaye Parkı"nda baş verən yanğının atmosfer havasına təsirlərini müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirilib, havanın keyfiyyət göstəriciləri ölçülüb".
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib.
Onun sözlərinə görə, Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən avtomatik stansiyalardan aprelin 28-də axşam saatlarında daxil olan məlumatlara əsasən təyin olunan havanın keyfiyyət göstəricilərinin orta sutkalıq qatılığı – azot-4 oksid 1.2 dəfə, azot-2 oksid 3.7 dəfə, dəm qazı isə 1.3 dəfə normadan yüksək olub.
U.Tağıyeva qeyd edib ki, çirkləndiricilərin yüksək qatılığı əsasən gecə saatlarında qeydə alınıb: "Belə ki, azot-4 oksid 3.5, azot-2 oksid 9, dəm qazı 2.1 dəfə normadan yüksək olub. Gecə saatlarından başlayaraq çirkləndirici qaz qarışıqlarının konsentrasiyasında azalmalar müşahidə edilir. Hazırda Sumqayıt şəhərində təyin edilən havanın keyfiyyət göstəriciləri yol verilən hədd daxilindədir”.
Oxşar xəbərlər
"Azərsun Sənaye Parkı”nda yanğın nədən başlayıb? - Kəmaləddin Heydərov AÇIQLADI - VİDEO
"Yanğın sahəsinin kənarında karton tullantılar var. İlkin ehtimal olunan variant budur ki, yanğın ordan başlayıb". BAKU.WS "Report"a istinadən xəbər verir ki, b...