Güclü təsiredici maddəni kofe adı ilə ölkəyə gətirmək istədilər
25
sen
2019
18:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq poçt göndərişləri vasitəsilə tərkibində güclü təsiredici maddə olan dərman preparatının gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә ölkә әrazisinә gәtirilmәsinin qarşısı alınıb.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri gömrük postunda Bakı şəhər sakini Həsən Səmədovun adına Honq Konqdan daxil olan poçt bağlamasına baxış zamanı, həmin bağlamada içərisində toz halında maddə olan və üzərində "ArchCafe Cappuccino Dua (Coconut Cappuccino)" sözləri yazılmış 1 ədəd kağız paket aşkar edilib.Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən paketin içərisində təmiz çəkisi 17,715 qram olan ağ rəngli toz şəkilli maddənin tərkibini stanolon (androstanolon) adlı dərman preparatı təşkil edir. Bu dərman preparatı "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkar edilən kütlədə təsiredici maddənin ümumi miqdarı 7,11 qramdır.Beləliklə, gömrükçülər tərkibi stanolon (androstanolon) adlı dərman preparatından ibarət olan maddənin gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә, yəni həmin maddəyə digər mal görüntüsü verilməklə, paketdə qablaşdırılmaqla keçirilməsinin qarşısını alıblar.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qadın daxil orqanında narkotik keçirmək istədi – FOTO
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn xanım vətəndaş saxlanılıb və onun üzərində şəxsi yoxlama...