Gözəl Bayramlıya hökm oxunub

Gözəl Bayramlıya hökm oxunub
Hadisə 910
Qazax rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının cinayət işi üzrə məhkəmə yekunlaşıb.BAKU.WS-in məlumatına görə, məhkəmənin hökmü ilə G. Bayramlı 3 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror onun 4 il azadlıqdan məhrum edilməsini istəmişdi.Xatırladaq ki, Gözəl Bayramlı 25 may 2017-ci il tarixində, saat 22:00 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla G. Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Fikrət Qocanın oğlunu öldürənlərə HÖKM OXUNDU

Fikrət Qocanın oğlunu öldürənlərə HÖKM OXUNDU

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilə...

4205 Sosial 17:58 14 dekabr 2017

Son xəbərlər