Göygölün yeni icra başçısı üç vəzifəli şəxsi işdən çıxardı
15
dek
2025
12:05
Göygöl Rayon İcra Hakimiyyətində kadr islahatları aparılıb.
BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Vüqar Novruzov əmrlər imzalayıb.
Əmrlərə əsasən, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Eyvazov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Babək Rəsulov, həmin şöbənin baş məsləhətçisi Şaiq Qənbərli işdən çıxarılıblar.
Xatırladaq ki, Vüqar Novruzov noyabrın 12-də Göygöl rayonunun icra başçısı vəzifəsinə təyinat alıb. O bu təyinata qədər Naftalanın icra başçısı idi.
Oxşar xəbərlər
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Abşeron rayonu ərazisində sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. BAKU.WS "Report"a istinadən xəbər ver...