Göygöldə baş verən dəhşətli qəzada ölən tələbənin FOTOSU

Bu gün Göygöldə baş verən dəhşətli yol-nəqliyyat hadisəsində dünyasını dəyişən Ramal Qurbanzadə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İqtisadiyyat fakültəsinin II kurs tələbəsi olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ADAU-dan məlumat verilib.
Həmin tələbənin fotolarını təqdim edirik:
Qalereya
***13:02
Göygöldə ölümlə nəticələnən qəza baş verib.
BAKU.WS Publika.az-a istinadla xəbər verir ki, rayon ərazisində "VAZ - 21015" və "Opel" markalı avtomobillər toqquşub.
Nəticədə rayon sakinləri 18 yaşlı Fariz Məhərrəmov, 40 yaşlı Xəyal Rzayev və 18 yaşlı Heydər Hüseynov xəsarət alıblar.
18 yaşlı Ramal Qurbanzadə isə aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Verilən məlumata görə, qəzaya düşən gənclər Gəncədə təhsil alan tələbələr olub.
Oxşar xəbərlər
Bakıda ibtidai sinif müəllimi vəfat etdi
Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli məktəbin ibtidai sinif müəllimi Elza Muradova vəfat edib. BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, bu barədə həmin m...