Göygöldə toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb
Göygöl rayonunda toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, sentyabrın 10-da Göygöl rayonunda keçirilən toy mərasimində döyülərək ağır xəsarətlər alan 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilmişdi.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 1977-ci il təvəllüdlü Ramiz Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları...