Göygöldə törədilən qətlin TƏFƏRRÜATLARI

Göygöldə törədilən qətlin TƏFƏRRÜATLARI
Hadisə 592

Göygöl rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, qətl hadisəsi tərəflər arasında otlaq sahəsi üstündə baş verib.

Belə ki, hadisədən bir neçə gün öncə Yaşar Musayevlə Şaiq Əhmədov arasında otlaq sahəsində heyvan otarılması ilə bağlı mübahisə olub.

Bundan əlavə tərəflər arasında bu səbəbdən daha öncələr də narazılıq yaşanıb.

Sonuncu dəfə isə, yəni fevralın 13-də qeydə alınan insident zamanı Yaşar Musayev əsəblərini cilovlaya bilməyib.

Nəticədə, o, Şaiq Əhmədova ov tüfəngi ilə atəş açaraq sonuncunu qətlə yetirib.

Keçirilən əməliyyatla Y.Musayev saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Hazırda faktla bağlı Göygöl rayon Prokurorluğunda istintaq prosesi davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər