Göygöldə sel nəticəsində evləri su basıb - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöldə sel nəticəsində evləri su basıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə intensiv yağışlarla əlaqədar Göygöl rayonunun Ordubadi, Şəhriyar, Qaçaq Nəbi və Mirzə İbrahimov küçələrində bəzi fərdi yaşayış evlərinin subasmaya məruz qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal Gəncə Regional Mərkəzinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması işlərinə cəlb olunub.
FHN-in qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Qalereya
Oxşar xəbərlər
Gəncədə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir....