Göygöldə minik maşını darvazaya çırpıldı, ev sahibi xəsarət aldı - FOTO

Göygöldə minik maşını darvazaya çırpıldı, ev sahibi xəsarət aldı - FOTO
Foto
Hadisə 114

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə qəsəbəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106 "markalı minik maşını idarə etməni itirib. Nəticədə avtomobil qəsəbədəki evin darvazasına çırpılıb.

Qəza zamanı darvazanın arxasında olan ev sahibi 1974-cü il təvəllüdlü V.Əsgərova xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər