Bakıda zəncirvari qəza baş verib, 10 nəfər yaralanıb, 1 körpə ölüb (FOTO)
11
sen
2017
09:35
Bakının Xəzər rayonu ərazisində 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, qəza Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə qeudə alınıb."VAZ-2106" markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn "VAZ-2104" markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən "Daewoo" da "VAZ-2106"ya çırpılıb.Nəticədə "VAZ- 2106"da olan bir yaşlı körpə ölüb. Qəza zaman, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır.Yaralıların siyahısı:Behbudova Lalə Alı qızı – 28 yaşƏliyev Rac Fikrət oğlu - 38 yaşAbdullayeva Sevda Xudaverdi qızı – 58 yaşŞövqətova Səriyyə Rəcəb qızı – 60 yaşŞövqətov Əllədin Hüseynqulu oğlu - 65 yaşŞövqətova Əminə Zöhrab qızı - 34 yaşŞövqətova Zaur Əllədin oğlu - 35 yaşƏliyeva Nəzrin Rac qızı - 11 yaşHacıyev Yusif Anar oğlu - 5 yaşHacıyev Adəm Bəhrəm oğlu - 3 yaşFaktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.BAKU.WS












Oxşar xəbərlər
Bakıda yüksək vəzifəli polisin oğlu yol qəzasına düşüb - 2 nəfər ölüb (YENİLƏNİB)
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Səbail...