Göygöldə evdə partlayış olub, 1 nəfər xəsarət alıb
10
may
2020
09:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöldə evdə partlayış baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırıxlı kəndində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Əliyeva Fəridə Məhəmmədəli qızı hər iki ayağın, əlin və sifətin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Müayinə zamanı qadına 2 dərəcəli termiki yanıq diaqnozu qoyulub.
Məlumata görə, hadisə qadının yaşadığı evin vanna otağında baş verib. Partlayışa səbəb qaz sızması olub.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Övladına işgəncə verən ata həbs edilib, ana isə... - RƏSMİ
Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı...