Göygöldə avtomobillər toqquşub, iki qardaş xəsarət alıb
Yeniliklərdən dərhal xəbərdar olun
Göygöldə yol qəzası baş verib, 3 nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, "VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşuması nəticəsinsə Nadel kənd sakinləri iki qardaş 1993-cü il təvəllüdlü Orxan Həsənli və 1994-cü il təvəllüdlü Tərxan Həsənli, eyni zamanda 1994-cü il təvəllüdlü Elyar Əmirzadə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb, xəsarət alanlara ilkin tibbi yardım göstərilib, müalicələri davam edir.
Faktla bağlı araşdırna başlanılıb.
Oxşar xəbərlər
Bakıda jurnalistlərə hücum edənlər saxlanıldı
Bakıda televiziya əməkdaşlarına hücum edən şəxslərlə bağlı polis tədbir görüb. Hadisədə iştirak edən bir neçə nəfər saxlanılıb. BAKU.WS xəbər verir ki, faktla b...