Göyçayda SEL - Çay yatağı zibillə dolub-daşdı - VİDEO
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir.
BAKU.WS-in məlumatına görə, ötən gün Göyçay rayonunda çaydan sel keçib.
Nəticədə çay yatağını zibil və məişət tullantıları tutub.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, mayın 14-ü saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur, şimşək çaxır, arabir yağış yağır.
Yağan intensiv yağış nəticəsində respublikanin çaylarında sululuq artıb, Girdimançay (İsmayıllı), Kürmükçay (Qax), Dəmiraparançay (Qəbələ), Balakənçay (Balakən) çaylarından qısamüddətli sel keçib.
Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Balakən, Şəki, Şamaxı, Qusar, Qrız, Şabran, Gədəbəy, Zaqatala, Qax, Lerikdə duman müşahidə olunub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti ilkin məlumata görə, mayın 17-si axşamadək fasilələrlə davam edəcək.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...