Göyçayda qəza: Xəsarət alanlar var - FOTO

Göyçayda qəza: Xəsarət alanlar var - FOTO
Foto
Hadisə 107

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 215-ci kilometrində Göyçay rayonu Çayarxı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda hərəkət edən 1989-cu il təvəllüdlü Fərhad Ədalət oğlu İsmayılovun idarə etdiyi motosiklet ilə rayon sakini 1986-cı il təvəllüdlü Elvin Mərdanovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Əraziyə təcili yardım briqadası çağırılıb.

Yaralı təcili yardım vasitəsilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər