Göyçayda pirotexniki vasitələr satan şəxslər barəsində tədbir görülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Çərəkə və Kürd kəndlərində yerləşən mağazalarda gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.
Polis əməkdaşları tərəfindən həmin mağazalardan pirotexniki vasitələr aşkarlanaraq götürülüb və şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Göyçayda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər məsuliyyətə cəlb edilib - FOTO
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir...