Göyçayda su kanalından qadın meyiti tapılıb - VİDEO
                            
                                08
                                fev
                            
                                2019
                                21:50
                            
                            
                        Göyçay rayonunda su kanalından qadın meyiti tapılıb.BAKU.WS-in "Report"a istinadən məlumatına görə, meyit bu gün səhər saatlarında Şirvan kanalının rayonun Cəyirli kəndindən keçən hissəsində aşkar edilib. Meyit yaxınlıqdakı insanların köməkliyi ilə sudan çıxarılıb.Onun Göyçay şəhər, Qantəmir küçəsində qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Şəhla Abdullayeva olduğu müəyyənləşib. Qadının ruhi xəstə olduğu və ailə qurmadığı bildirilir.Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS 
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
3 uşaq anası özünü asdı
İmişli rayonunda 3 uşaq anası intihar edib.BAKU.WS “report”a istinadən xəbər verir ki, rayon sakini, 1992-ci il təvəllüdlü Nərmin Mansur qızı Quliyeva yaşadığı...