Göyçayda Şirvan suvarma kanalı yarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay rayonunda Şirvan suvarma kanalının yarılması nəticəsində su ətraf əraziyə yayılıb.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Şahədət Qarabağlar kəndi ərazisindən keçən Şirvan suvarma kanalında baş verib.
Kanalın yarılması nəticəsində su yaxınlıqda yerləşən, yerli sakinlərin "qobu" adlandırdığı dərin çökəkliyə doğru axır.
Hazırda hadisə yerinə aidiyyəti qurumların canlı qüvvəsi və xüsusi texnikası cəlb olunub. Qəzanın aradan qaldırılması və su axınının dayandırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə rayon polis şöbəsinin əməkdaşları da əraziyə cəlb olunub.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...