Göyçayda parkda qıza görə qətl törədən yeniyetməyə hökm oxundu
Göyçayda qız görə qətl törətməkdə təqsirləndirilən yeniyetmə Səid Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə S.Bayramlı 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, Səid Bayramlı tanışı Günayla yaşadığı binanın yaxınlığındakı parkda görüşərkən Hüseyn Feyzullayev ona söz atıb. R.Feyzullayev ona həbsdə yatdığını bildirib və ondan məhəllədə qızla görüşməyi qadağan edib. Aralarında yaranan mübahisə zamanı R.Feyzullayev Səidi döyüb.
Xəsarət alan Səid evlərinə gələrək qisas almaq məqsədi ilə evlərindən mətbəx bıçağı götürüb geri qayıdıb. O, R.Feyzullayevi 10 bıçaq zərbəsi ilə qətlə yetirib.
Qətli törədərkən S.Bayramlının 17 yaşı olub.
Oxşar xəbərlər
MN-in Tibbi Sənədlər Arxivinin rəisi saxlanıldı
Müdafiə Nazirliyi Tibbi Sənədlər Arxivinin rəisi saxlanılıb. BAKU.WS "Qafqazinfo" istinadən xəbər verir ki, arxivin rəisi mayor Ruhin Tağıyev korrupsiya cinayət...