Göyçayda narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan report-a bildirilib ki, "VAZ-2104" markalı avtomobilin sürücüsü Elçin Abdullayev və "VAZ-2106"-nın sürücüsü Cavid Yusifov yol hərəkəti qaydalarını pozduqları üçün onlara "saxla" işarəsi verilib.
Yoxlama zamanı sürücülərin narkotik vasitə qəbul etmələrinə dair şübhə yarandığından onlar tibbi müayinədən keçirilib.
Müayinənin nəticəsinə əsasən hər ikisinin narkotik vasitə marixuana istifadə etdikləri məlum olub. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əhm...