Göyçayda narkotiklərin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçayda narkotiklərin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayon sakini, 38 yaşlı İlkin Vəzirov saxlanılıb.
Ondan 2 kiloqram marixuana, 2 kiloqram 435 qram tiryək, 1 kiloqramdan artıq həşiş, 400 qrama yaxın heroin və metamfetamin, 80 ədəd psixotrop tərkibli həb, eləcə də qanunsuz olaraq üzərində daşıdığı odlu silah tapança aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotik vasitələri satış məqsədilə əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...