Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, onun yaşadığı ünvandan ümumilikdə 51 ədəd narkotik tərkibli bitki və 2 ədəd odlu silah aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, B.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əhm...