Göyçayda avtomobil elektrik dirəklərini aşırıb, üç kənd işıqsız qalıb
Göyçayda avtomobil elektrik dirəklərini aşırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Qarabaqqal kəndində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil həmin istiqamətdə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə maşın yol kənarındakı yüksəkgərginlikli elektrik dirəklərinə çırpılıb.
Qəza nəticəsində 10 kv-luq 3 ədəd yüksəkgərginlikli elektrik dirəyi sıradan çıxıb, Hacalıkənd, Qarabaqqal və Bığır kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Əraziyə aidiyyəti qurumun və Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları cəlb olunublar. Hazırda aşmış dirəklər yeniləri ilə əvəz olunur.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hamamda dəm qazından zəhərlənənlərdən birinin vəziyyəti orta-ağırdır
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aprelin 1-də hamamda dəm qazından zəhərlənən 6 nəfər (4 oğlan, 2 qız) bu gün saat 15:00 radələrində yenidən...