Goranboyda qayınata küsən gəlinin evinə hücum etdi, nənəsini döydü
Goranboy rayonunda qayınata gəlininin nənəsi döyüb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Safikürd kəndində baş verib. Cəlilabad rayonunun Sabirabad kənd sakini Nahid Ağayev (soyadı şərtidir) Goranboy rayonundan olan Səbinə adlı xanımla ailə həyat qurub. Ailə bir neçə ay normal yaşasa da, sonradan ər-arvad arasında mübahisələr başlayıb. Hamilə olan gəlin bu barədə valideynlərinə məlumat verib və boşanmaq istədiyini bildirib. Gəlinin anası və nənəsi Cəlilabad rayonuna gələrək, Səbinəni götürüb Goranboy rayonuna yaşadıqları evə aparıblar.
Bir müddət sonra hadisə barədə məlumat alan Nahidin atası Hamlet Rusiyadan Sabirabada gəlib və gəlini evinə qaytarmaq istəyib. O, həyat yoldaşı ilə birlikdə Goranboy rayonuna gedib, Səbinəyə evə qayıtmağı təklif edib. Səbinənin nənəsi ilə anası gəlinin geri qayıtmasına icazə verməyiblər. Nəticədə tərəflər arasında mübahisə yaranıb, Hamlet və onun həyat yoldaşı qapıdan qovulublar. Ev sahibi onları həyətdən çıxarıb qapını bağlamaq istəyərkən Hamlet ona mane olub və qapını zərblə geri qaytarıb. Nəticədə dəmir qapı qadına dəyib və o xəsarət alıb. Hamlet qadına daha sonra da xəsarət yetirərək hadisə yerindən uzaqlaşıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, araşdırmalar aparılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Hamlet Ağayev saxlanılıb və onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Goranboy Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə H.Ağayev 300 manat cərimə edilib.
Oxşar xəbərlər
Qubada 19 kq narkotik aşkarlanıb
Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb. BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qa...