Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib

Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib
Hadisə 67

Goranboyda şagirdin həmkəndlisinə xəsarət yetirməsi məktəbdənkənar ərazidə baş verib.

BAKU.WS "Report"a İstinadən xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu gün Goranboy rayon Səfikürd kənd tam orta məktəbin XI sinif şagirdi ilə digər kənd sakini arasında məktəbdənkənar ərazidə mübahisə yaşanıb: "Mübahisə zamanı şagird kənd sakininə xəsarət yetirib. Hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır".

***14:11

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi R.Musayev şagird yoldaşı A.Həsənəliyevə bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə 2007-ci il təvəllüdlü A. Həsənəliyevin ayaq nahiyəsinin kəsici-deşici alətlə daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub. Araşdırmalar zamanı hadisəni 2007-ci il təvəllüdlü R. Musayevin törətməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda məhkum məhkumu ülgüclə ÖLDÜRMƏK İSTƏDİ

Bakıda məhkum məhkumu ülgüclə ÖLDÜRMƏK İSTƏDİ

Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsi keçirilib. Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər M...

86 Hadisə 21:31 18 sentyabr 2024

Son xəbərlər