Goranboyda məktəbə narkotik aludəçiləri toplaşır? - DİN-dən AÇIQLAMA

Daxili İşər Nazirliyi (DİN) Goranboy rayonunda orta məktəb binasına narkotik aludəçilərinin toplaşdığı iddialarına münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun BAKU.WS-ə bildirib ki, respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Goranboyda da Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mütəmadi olaraq həm profilaktiki, həm də əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
"Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı isə polis əməkdaşları həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Məktəbə bitişik olan təsərrüfat binasında hər hansı bir narkotik və ya narkotik istifadə edilməsi üçün əşya aşkarlanmayıb. Divardakı qan ləkəsindən isə nümunə götürülərək müvafiq ekspertizaya göndərilib", - DİN rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...
