Goranboyda itkin-şəhid Rauf Əhmədovla vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Rauf Əhmədovla Goranboy rayonunun Sarov kəndində vida mərasimi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimində şəhidin ailə üzvləri, rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
R.Əhmədov doğulduğu Goranboy rayonunun Sarov kənd qəbristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, şəhid Rauf Əhmədov 1969-cu ildə anadan olub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. Onun döyüş yolu Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərindən keçib. Onun erməni işğalçılarına qarşı sonuncusu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub. Rauf Əhmədov elə orada itkin düşüb. İtkin düşən zaman şəhidin 24 yaşı olub.
Qalereya
Oxşar xəbərlər
İtkin-şəhid Dəyanət Musayev dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Dəyanət Musayev dəfn olunub. BAKU.WS report-a istinadən xəbər verir ki,...