Goranboyda əri tərəfindən bıçaqlanan qadının vəziyyəti AÇIQLANDI
Goranboy rayonunda həyat yoldaşı tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının məlumatına əsasən, bu gün səhər saat 05:30-da 1995-ci il təvəllüdlü şəxs (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.
Başın, döş qəfəsinin və kürəyin açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
Qeyd edək ki, hadisə Goranboy rayonunun Faxralı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 1963-cü il təvəllüdlü Zoya Rüstəm qızı Əhmədova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı Z.Əhmədovanın gəlini, 1995-ci il təvəllüdlü Jalə Sahib Qızı Yolçuyeva da bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisəni Z.Əhmədovanın oğlu, Vətən müharibəsi qazisi, üçüncü qrup əlil, 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev törədib. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxşar xəbərlər
Yeni Günəşlidə "şəlalə" - İçməli su qayalığa fışqırır
Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində su problemi sakinlərin narazılığına səbəb olub. BAKU.WS-in "qaynar xətti"nə daxil olan şikayətə görə, D mass...