Goranboyda baş verən hadisənin TƏFƏRRÜATI: Valideyn övladına xəsarət yetirməyə cəhd edib
Goranboyda məktəbdə bıçaqlı insident baş verib. Hadisənin təfərrüatı məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.
"Aprelin 3-ü Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbdə insident baş verib. İkinci sinifdə oxuyan şagirdlərdən birinin valideyni məktəbə daxil olaraq övladını döyməyə və xəsarət yetirməyə cəhd edib. Sinif rəhbəri şagirdi qorumaq istəyən zaman valideyn müəllimə xəsarət yetirib. Dərhal məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidmətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Müəllimə müvafiq tibbi yardım göstərilib. Şagirdin valideyninin uyğunsuz davranışı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Qeyd edirik ki, şagirdin psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Təhsil müəssisəsinin psixoloqu tərəfindən profilaktik tədbirlərin həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verilib", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli 1999-cu il təvəllüdlü Əfsanə Rzayeva saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Dayının bacısı oğluna qarşı iyrənc cinayəti - Hökm oxundu
Bakıda tüküpərdici cinayət hadisəsi baş verib. BAKU,WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 30 yaşlı dayı 15 yaşlı bacısı oğluna qarşı əxlaqsız hərəkətlər e...