Goranboyda 3 nəfər balıqdan zəhərlənib
Dekabrın 29-da saat 18:20 radələrində 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından APA-nın qərb bürosuna məlumat verilib.
Bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Xatırladaq ki, rayon sakinləri 1965-ci il təvəllüdlü Ş.Əhmədova, 1990-cı il təvəllüdlü M.Əhmədova və 2011-ci il təvəllüdlü N.Əhmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.
Onlar yaşadıqları evdə balıq yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda 3 gün əvvəl döyülən 83 yaşlı qadın bu gün xəstəxanada ölüb
Sumqayıtda 3 gün əvvəl döyülən qadın bu gün xəstəxanada ölüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə iyunun 17-də 4-cü məhəllədə qeydə alınıb. Belə...