Gömrük nəzarətindən gizlədilən müxtəlif mallar aşkar edilib

Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən müxtəlif adda mallar aşkar edilib.
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, Rusiya Federasiyasından gələn nəqliyyat vasitəsinə "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttində gömrük yoxlaması keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı ehtiyat təkərlərin içərisindən, gömrük nəzarətindən gizlədilən 1066 ədəd müxtəlif markalı elektron siqaretlər üçün maye, ümumi həcmi 7,1 litr olan müxtəlif markalı spirtli içkilər və digər mallar aşkar edilib.
Oxşar xəbərlər
Xırdalanda hidrant partladı, su küçəboyu axıb getdi
Xırdalanda su hidrantı partlayıb. Nəticədə küçəyə çoxlu miqdarda su axıb. BAKU.WS xəbər verir ki, hadisə yerindən çəkilmiş görüntülər sosial şəbəkələrdə yayılı...
