Gömrük nəzarətindən gizlədilən 36 mindən çox siqaret aşkarlanıb
Tovuz və Biləsuvar gömrük idarələri əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində gömrük nəzarətindən gizlədilən 36 min 720 ədəd siqaret aşkar edilib.
Bu barədə BAKU.WS-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda 3 fakt üzrə yük nəqliyyat vasitələrinə tətbiq edilən gömrük yoxlamaları zamanı gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 12 min 320 min ədəd siqaret aşkar edilib.
Biləsuvar Gömrük İdarəsinin "Biləsuvar" gömrük postunun idxal nəzarət xəttində isə yoxlamaya cəlb olunan yük nəqliyyat vasitəsinin qoşqusundakı 4 karton qutuda gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən cəmi 24 400 ədəd müxtəlif markalı siqaretlər aşkar olunub.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sürücülərin kütləvi şəkildə qəza törətdiyi görüntülər yayıldı
Sosial şəbəkədə sürücülərin yol hərəkəti qaydalarını kürtləvi şəkildə pozduğu görüntülər yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarə...