Girovluqdan xilas olan azərbaycanlı Bakıda intihar etdi

08
avq
2022
09:47
Bakıda intihar hadisəsi baş verib.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1978-ci il təvəllüdlü Əliyev Fərid Hüseyn oğlu yaşadığı evin həyətində özünü asıb.
Digər bir məlumata görə, Fərid Əliyev Türkiyə şirkətinə məxsus gəmidə mühərrik ustası vəzifəsində çalışıb.
O, iki il əvvəl Liviyada girov götürülüb. Bir neçə gün əvvəl girovluqdan xilas olan F.Əliyev Azərbaycana qayıdıb.
Fərid Əliyevin psixi pozğunluq nəticəsində özünə qəsd etdiyi ehtimal edilir.
Faktla bağlı araşdırılma aparılır.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...