General-mayor Mehman Təhməzov vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
General-mayor Mehman Təhməzov vəfat edib.
BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasının İNTERPOL-un Milli Mərkəzi Bürosunun sabiq polis rəisi general-mayor Mehman Təhməzov böyrək çatışmazlığından bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Mehman Təhməzov əvvəllər Salyan RPŞ-nin rəisi, Binəqədi RPİ-nin rəisi, Xətai RPİ-nin rəisi vəzifələrində işləyib.
Xatırladaq ki, Mehman Təhməzov 2019-cu ildə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Vilayət Eyvazov Ziya Məmmədovun qardaşı oğlunu təqaüdə göndərdi
Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb. BAKU.WS “report”a istinadən xəbər verir ki,...