Gəncəyə yeni hərbi prokuror təyin edilib
Gəncəyə yeni hərbi prokuror təyin edilib.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Əmr imzalayıb.
Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədovun təqdimatına əsasən, ədliyyə polkovniki Vəliyev Emin Səftər oğlu Gəncə hərbi prokuroru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Respublika Hərbi prokurorurluğunun yeni rəhbərliyi ilə hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları həyata keçirilir. İslahatlar çərçivəsində nəzəri bilik və peşə hazırlığı, həmçinin şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslər yüksək vəzifələrə təyinat alırlar.
Oxşar xəbərlər
Bakıda 15 yaşlı yeniyetmə qətlə yetirildi - 14 yaşlı oğlan SAXLANILDI
Bu gün saat 22 radələrində Bakının Yasamal rayonu ərazisində 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. BAKU.WS xəbər v...