Gəncədə infarkt keçirən sürücü qəza törədib
Gəncədə "Opel" markalı avtomobilin sürücüsü 1971-ci il təvəllüdlü Hafiz Məmmədov sükan arxasında infarkt keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu zaman avtomobil maneəyə çırpılıb.
Sürücü avtomobildə infarktdan dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***19:08Gəncədə ölümlə nəticələnən ağır avtomobil qəzası olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin çıxışında qeydə alınıb.
Belə ki, "Opel" markalı avtomobil metal arakəsməyə çırpılıb.
Qəza nəticəsində 1 nəfər aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onun şəxsiyyəti araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lerik rayonunda zəlzələ olub
Lerik rayonunda zəlzələ qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlu...