Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 12 yaşlı oğlan xəstəxanada vəfat edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Gəncə şəhərində 12 yaşlı M.B-ov yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, 01.02.2025-ci il tarixində saat 19:00 radələrində 2013-cü il təvəllüdlü (kişi cinsli) şəxs huşsuz vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün 02.02.2025-ci il tarixində saat 03:20 radələrində Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş miningizm, qıcolma sindromu diaqnozu ilə müvafiq şöbəyə yerləşdirilən pasiyentin göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 08:00 radələrində ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...