Gəncədə "VAZ 2107" markalı avtomobil motosikletlə toqquşdu

06
okt
2019
13:45
Gəncədə "VAZ 2107" markalı avtomobil motosikletlə toqquşub.BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü, 2002-ci il təvəllüdlü Ramin Həmzəyev təcili olaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.İlkin məlumata görə, hadisəyə səbəb hər iki nəqliyyat vasitəsinin yüksək sürətlə idarə edilməsi olub.Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Qəzanın dəqiq səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Gəncədə iki məktəbli qızı maşın vurub
Gəncə şəhərində sürücünün idarəetməni itirməsi nəticəsində iki məktəbli qız vurulub.BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Təbriz k...
