Gül almaq istəyən sürücü qəzaya uğradı - Qadın yaralandı - FOTO

20
sen
2019
18:28
Bakı-Qazax avtomobil yolununun Gəncə şəhərinə giriş hissəsində yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən? hadisə zamanı Samux rayon sakini 1979-cu il təvəllüdlü Kamaləddin Xəlilovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillə İmişili rayon sakini 1989-cu il təvəllüdlü Emin Ələkbərovun idarə etdiyi "Mercedes"markalı avtomobillər toqquşub. İlkin məlumatlara görə hadisə nəticəsində "Mercedes" markalı avtomobil də olan 30 yaşlı sərnişin Məmmədova Toma Sədrəddin qızı müxtəlif bədən xəsarətləri alıb. Qadın 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib. Hadisəyə səbəb kimi "Mercedes" markalı avtomobildə olan şəxslərin yol kənarında satılan obyektdən gül almaq istəməsi olub. Belə ki, "Mercedesin" sürücüsü magistral yolda avtomobili arxa-arxaya idarə edib. Bu zaman həmin yolla hərəkət edən "VAZ-21011" markalı avtomobil onu vurub. Faktla bağlı araşdırma davam edir, qəzanın dəqiq səbəbləri öyrənilir.
Qalereya
Oxşar xəbərlər
Bakı-Qazax yolunda Türkiyə vətəndaşı yük maşını ilə zəncirvari qəza törətdi - Ölən var
Bakı-Qazax yolunda ağır yol qəzası baş verib.BAKU.WS-in məlumatına görə, hadisə yolun Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib. Tü...
