Gəncədə uçqun olub, ölən və xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Kərimov Taleh İdris oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***15:50
Gəncə şəhərində uçqun olub, ölən və xəsarət alanlar var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Belə ki, ərazidə ev tikintisi zamanı uçqun baş verib.
Hadisə nəticəsində 1985-ci təvəllüdlü Taleh Kərimov dağıntılar altında qalaraq ölüb.
Qeyd edək ki, ölən şəxsin usta olduğu bildirilir.
Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda yaşlı kişi dənizdə boğulub
Sumqayıtda 72 yaşlı kişi dənizdə batıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1953-cü il təvəllüdlü Museyib Zakarayev Xəzər dənizinin Corat sahilində çimə...
