Gəncədə şortikə görə yaranan mübahisə bıçaqlanma ilə bitdi
Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov Gəncə şəhərində bir neçə nəfər tərəfindən bıçaqlanıb.
BAKU.WS Teleqraf.com-a istinadən xəbər verir ki, şortik üstündə yaranan mübahisə sonda bıçaqlanma ilə bitib.
Belə ki, İ.Şahvələdov Adilxan Ziyadxanov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən yataqxanada kirayədə yaşayırmış.
İlkin məlumata görə, o, həyətə şortiklə düşüb. Bu zaman bir qrup şəxs buna etiraz edib. Nəticədə, tərəflər arasında mübahisə yaranıb. Mübahisə qızışaraq əlbəyaxa və bıçaqlı davaya çevrilib.
İ.Şahvələdov çiyin nahiyəsindən iki bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.
Hadisəni törətməkdə 43 yaşlı Emin Dünyamalıyev şübhəli bilinir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Xəzər dənizində növbəti ZƏLZƏLƏ
Xəzər dənizində zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat...