Gəncədə qohumlar arasında dava düşüb, 59 yaşlı kişi saxlanılıb

Gəncə şəhərində qohumlar arasında mübahisədə beş nəfər yaralanıb, saxlanılan var.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan BAKU.WS-ə bildirilib ki, Gəncə şəhərində qohumlar arasında baş verən insident nəticəsində Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Zakir Sadıqov saxlanılıb.
Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb.
***08:54
Gəncədə qohumlar arasında mübahisədə beş nəfər yaralanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb.
Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində xəsarət alıblar.
Xəstəxanaya yerləşdirilmiş Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.
Bundan başqa, mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda məktəbdə insident - Şagirdlər mühafizəçiyə hücum çəkdi
Bakının Xətai rayonunda yerləşən 207 nömrəli tam orta məktəbdə xoşagəlməz hadisə baş verib. BAKU.WS news24.az-a istinadən xəbər verir ki, hadisə iyunun 5-də ax...
