Gəncədə poliklinikanın tavanı çökdü - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində tibb müəssisəsində tavanın çökməsi hadisəsi ilə bağlı məlumat yayıb.
TƏBİB-dən BAKU.WS-ə bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.
İşçilər təhlükəsiz şəkildə təxliyə olunub. Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM fəaliyyətini davam etdirir.
***12:45
Gəncə şəhərində 2 saylı poliklinikanın laboratoriya otağının tavanı çöküb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə səbəbindən poliklinikada çalışan tibbi heyət və pasiyentlər təxliyə olunub.
Hazırda problemin aradan qaldırılması ilə bağlı lazımı işlər aparılır.
Oxşar xəbərlər
Bakı-Şamaxı yolunda ağır xəsarət iki nəfərlə bağlı RƏSMİ MƏLUMAT
Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərdən 2 nəfər hazırda TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəss...